Polis vətəndaşın evini dağıdan şirkətin söküntü işlərini dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

Polis vətəndaşın evini dağıdan şirkətin söküntü işlərini dayandırdı

Sosial

05 İyul 2024 12:45 641


Yasamal rayonu B.Şahtaxtinski küçəsində yaşayış evlərinə tikinti şirkətlərindən biri tərəfindən zərər vurulması ilə bağlı daxil olan məlumat üzrə araşdırma aparılır. 

DİN-in Mətbuat Xidmətindən Yenisabah.az-a bildirilib ki, iyulun 5-də saat 00:49 radələrində vətəndaş N.Nəcəfzadə DİN-in 102 Zəng Mərkəzinə ərazidə tikinti aparan MTK tərəfindən evlərdə yaşayış olduğu halda evlərin sökülməsi barədə məlumat verib. Məlumatla bağlı polis əməkdaşları həmin ünvanda razılıq olmadan bir neçə mənzilin divarlarına zərər vurulmasını müəyyən ediblər. 

Vətəndaşın müraciəti əsasında söküntü işləri aparan şirkətin işləri dayandırılıb.  pizza mizza

Faktla bağlı prosessual araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!