“Polisin müdaxiləsi olmasaydı, kasıbları söyəndən qisas alına bilərdi“   “Gelandewagen” qalmaqalı

saytların hazırlanması

Evə çatdırılma

“Polisin müdaxiləsi olmasaydı, kasıbları söyəndən qisas alına bilərdi“ “Gelandewagen” qalmaqalı

Sosial

13 Yanvar 2022 11:51 3968


“Əgər şəxsin danışığında təhqir elementi varsa, əlbəttə, cinayət məsuliyyəti doğurur. Amma bu təhqirə görə məhkəməyə xüsusi ittiham qaydasında şikayət verilməlidir”.

Bunu Yenisabah.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev bildirib.

Xatırladaq ki, Bakıda “Gelandewagen” markalı avtomobilin sürücüsünə təpkilər ara vermir. Pepperoni pizza

Polisə çağırılaraq xəbərdarlıq edilmiş və əməlinə görə üzr istəmiş Samid Bağırovun DİN bölməsinə dəvəti və cəzaya layiq olub-olmaması ətrafında mübahisə soyumur.

Əsabəli Mustafayev mövzuya girişdən sonra qeyd edib: 

“Kimsə təhqiramiz ifadənin ona aid olduğunu düşünürsə, o, şikayətlə məhkəməyə üz tuta bilər. Cinayət Məcəlləsində 147-ci maddə var. Nəzərə alsaq ki, sözügedən video sosial şəbəkələrdə və KİV-lərdə yayılıb, deməli, buna görə həmin şəxs polis idarəsinə çağrıla bilər.

Ölkəmizdə təqüdlə, sosial müavinətlə yaşayan çox sayda insan var və onlar rəsmən yoxsulluq həddində yaşayırlar. Samid Bağırovun sözləri, əlbəttə, açıq-aydın onlara yönəlib. Onlar bu görüntülərlə təhqir olunub və fərdi qaydada kimsə istəyərsə, bu məsələni qaldıra, şəxsdən şikayətçi ola bilər”.

Vəkilin sözlərinə görə, görüntülər kütləvi etiraz və qarşıdurmaya səbəb ola biləcəyi üçün polisin məsələyə müdaxiləsi vacibdir:

“Bu məsələyə məhkəmədə xüsusi ittiham qaydasında baxıla bilər. Ancaq DİN-dən verilən məlumata görə, həmin şəxs artıq sərbəst buraxılıb, onunla yalnız profilaktik söhbət aparılıb. O niyə həbs olunmayıb? Çünki hüquqi müstəvidə bunu eləmək mümkün deyil. Görüntülər sosial şəbəkədə sürətlə yayıldı, həm də kin, qıcıq yaradacaq tərzdə. Eyni zamanda, video kütləvi etiraz yaratdı, bunu polis də başa düşür və bilir ki, bu kütləvi qisasçılığa səbəb ola bilər. Ona görə də, qabaqlayıcı tədbir kimi məsələyə müdaxilə etmək polisin borcudur. 

Ümumiyyətlə, kütləvi surətdə ictimai asayişin pozulması ehtimalı varsa, bunun qarşısını almaq polisin borcudur”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!