Politoloq sərt danışdı: “Rusiya sülhməramlıları erməni təxribatının qarşısını ala bilmir” - Video

saytların hazırlanması

Evə çatdırılma

Politoloq sərt danışdı: “Rusiya sülhməramlıları erməni təxribatının qarşısını ala bilmir” - Video

Rəsmi

24 Aprel 2021 16:02 901


“Qarabağda daha uğurlu təhlükəsizlik modeli qurmaq üçün türk qoşunlarının daha aktiv olmasına, Rusiya qoşunlarının isə regionda müəyyən siyasi marağı olmayan ölkələrin təmsilçi qoşunları ilə əvəz olunmasına ehtiyac var”.

Yenisabah.az xəbər verir ki, bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında politoloq Əhməd Əlili deyib. O bildirib ki, Rusiya qoşunları sərhəddə erməni təxribatının qarşını ala bilmir:

“Erməni əsgərlərin bir neçə gün öncə sərhəddə törətdikləri təxribata Ermənistan cəmiyyətinin real təsviri kimi baxmalıyıq. Onlar depressiyaya düşmüş, içkiyə aludə olmuş insan obrazına bənzəyir. Hesab edirəm ki, bundan sonrakı dövrdə də onların bu cür davranışlarının sayı çox olacaq.

Biz nəzərə almalıyıq ki, regionda bunun qarşısını alan tərəf​ Rusiyadır. Onlar əgər Şuşaya “İsgəndər-M” raketlərinin atılmasının qarşısını ala bilməyiblərsə, demək ki, belə halların da qarşısını ala bilmirlər.​ Hesab edirəm ki, bu, Moskva-Bakı arasında əlavə müzakirə üçün məsələ yaradır”.

/Oxu.az
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!