Polşa hökuməti ölkədəki bomba sığınacaqlarının fövqəladə vəziyyətdə istifadəyə hazır olmasını təmin etmək üçün onları inventarlaşdırmağa başlayıb.
Bakupost.az Polşa mətbuatına istinadla xəbər verir ki, bu barədə qərar ötən gün Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi raket zərbələrindən sonra qəbul olunub.
Polşanın aaxili işlər nazirinin müavini Matsey Vasikin bildirdiyinə görə, yanğınsöndürmə briqadaları tərəfindən 62 min sığınacaqda yoxlamalar aparılır: “Yoxlamalarla sığınacaqların lazımi qaydada təchiz edilib-edilmədiyi və istifadəyə yararlı olub-olmadığı qiymətləndiriləcək. Əks halda, biz onları uyğunlaşdırmaq üçün addımlar atacağıq”. Marqarita pizza
Təşəbbüs qonşu Ukraynada münaqişənin kəskinləşdiyi bir vaxta təsadüf etsə də, Matsey Vasik polyakların təhlükədə olmadığını vurğulayıb:
"Biz NATO-dayıq, Avropa Birliyinin bir parçasıyıq. Ukraynanı güclü şəkildə dəstəkləsək də, bu müharibədə iştirak etmirik. Polşa təhlükəsiz ölkə olsa da, biz ən qaranlıq ssenarilərə hazırlaşırıq”.
Ölkədəki 62 min mülki sığınacaq təxminən 1,3 milyon insanı qəbul edə bilər ki, bu da Polşa əhalisinin yalnız 3,4 faizini təşkil edir. Bəzi ərazilərdə, məsələn, Vielkopolska əyalətində belə ictimai obyektlər yoxdur.
Telegram kanalımız