“Polşa Rusiyadan kömür idxalını bərpa etmək imkanını görmür”.
Yenisabah.az xəbər verir ki, bu barədə Polşanın iqlim və ətraf mühit naziri Anna Moskva “Zet” radiostansiyasının efirində bildirib.
“Biz iki səbəbdən belə bir ehtimalı, ümumiyyətlə, görmürük. Biz Rusiya Federasiyasının heç bir enerji tesursunu, heç bir maliyyə vəsaitini istəmirik. İkincisi, növbəti mövsüm çox sadə olacaq və biz kömür idxal edə bilərik, həm də hasilatı artırırıq”, - Moskva bildirib. pizza sifarişi
Bununla yanaşı, o, Rusiyadan kömür idxalının Polşanın təhlükəsizliyini azaldacağını iddia edir.
“Polşada hər kəs, o cümlədən yaşlılar üçün təhlükəsizlik geniş mənada vacibdir: hərbi təhlükəsizlik və sərhəd təhlükəsizliyi nəzərdə tuturam. Rusiya Federasiyasına hər hansı dəstək bizim təhlükəsizliyimizə ziddir”, - nazir bildirib.
Xatırladaq ki, bundan əvvəl, Polşa hakimiyyəti Rusiyadan kömür idxalına tamamilə qadağa qoydu. Müvafiq qadağadan sonra bazarda kömürün mövcudluğu və onun qiymətində kəskin təsir özünü göstərdi. Yaradılmış vəziyyətlə əlaqədar yerli özünüidarəetmə orqanları radikal qənaət tədbirlərinə əl atmağa məcburdurlar: küçə işıqlarını, binaların işıqlandırma cihazlarını, küçə fəvvarələrini söndürmək, idman binalarının işini dayandırmaq və s.
Qeyd edək ki, Polşanın bir neçə universiteti artıq istilik və işıqlandırmaya qənaət etmək məqsədilə distant tədris rejiminə keçəcəklərini bəyan ediblər.
Telegram kanalımız