2026-cı ilin ilk 7 ayında Azərbaycandan 172 milyon 055,34 min ABŞ dolları dəyərində 142 min 908,83 ton pomidor ixrac edilib.
“Yeni Sabah” xəbər verir ki, bu ixrac ölkənin ümumi xaricə satışının 0,89 faizini, qeyri-neft sektoru üzrə ixracın isə 2,90 faizini təşkil edib. Ötən ilin müvafiq dövründə isə 156 milyon 872 min dollar dəyərində 143 min 577,71 ton pomidor ixrac olunmuşdu.
Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə ixracın fiziki həcmində cüzi azalma olsa da, əldə olunan statistik dəyərdə 15,18 milyon dollarlıq (9,6%) artım qeydə alınıb. Dördpendirli pizza
Telegram kanalımız