Porno aludəçisi olan gənc qızın etirafları olay olub.
Yenisabah.azın məlumatına görə, mütəxəssislər bildirir ki, gənclər bunun qlamur olduğunu düşünür, amma porno izləmənin çox zərərləri var. İngiltərədə aparılan araşdırmaya görə, porno izləyicilərin üçdə biri qadınlardır. Məlum olub ki, gənc qadınlar arasında seksual filmlərə baxanların sayı xeyli çoxdur.
29 yaşlı Kristel Koppers porno izləməyə aludə olan gənc qadındır. Qadının etirafları böyük əks-səda doğursa da, porno izləmə asılılığı ilə bağlı ekspertlərdən ciddi xəbərdarlıqlar gəlib. pizza sifarişi
Son araşdırmalar göstərir ki, qadınlar arasında cinsi sağlamlıq problemləri artmaqdadır. Mütəxəssislər bu artımın internetdə porno izləmə ilə bağlı olduğunu deyirlər. Kişilərin ədəbsiz məzmuna baxması və bunun erektil disfunksiya və depressiv pozğunluqlar da daxil olmaqla, səbəb ola biləcəyi zərərlə bağlı ciddi narahatlıqlar var. İndiyə qədər diqqət kişilərə yönəldilsə də, son sorğular qadınlar arasında da ciddi problem olduğunu üzə çıxarıb.
Mütəxəssislər pornoqrafiyaya baxmağın qadınlara vurduğu zərərlə bağlı həyəcan təbili çalırlar.
Hollandiyada yaşayan Kristel Koppers internetdə pornoqrafiyaya baxmağın onun həyatına mənfi təsir etdiyini bildirib. Daily Mail-ə danışan 29 yaşlı qadın internetdə ədəbsiz videolara baxmağın bir sıra narahatedici simptomlara səbəb olduğunu söyləyib.
Hazırda Hollandiyada yaşayan və insan resursları departamentində çalışan qadın deyir: “Sekslə bağlı diqqətimi cəmləməkdə çətinlik çəkdiyimi fərq etdim. Çünki vaxtaşırı seks görüntüləriylə bağlı bildirişlər fikrimi dağıdır. Buna görə də partnyorumla cinsi münasibətimdə fikrimi cəm edə bilmirəm. Həyatım məhv oldu”.
Gündəlik həyatdan qopduğunu, həyat yoldaşı ilə evliliyinin sarsıldığını bildirən gənc qadın, yaşadığı hər şeyi istər-istəməz izlədiyi porno filmlərlə əlaqələndirməyə başladığını bildirib.
Bu barədə The Mail-ə ( De Meyl) danışan ekspertlər pornonun təsirinin getdikcə daha çox gənc qadını sağlam cinsi həyatdan məhrum etdiyi barədə xəbərdarlıq ediblər. Son araşdırmalar göstərir ki, 18-24 yaş arası qadınlar on il əvvəlki qadınlara nisbətən 20 faiz az sekslə məşğul olurlar.
Cinsi sağlamlıq xidmətləri, intim problemləri, cinsi əlaqə zamanı ağrı və aşağı libido yaşayan gənc qadınların artmasının onların pornoqrafiyaya baxışının kəskin artması ilə əlaqələndirilir.
İmamət İSMAYILOVA
Telegram kanalımız