“Pozğun qadınların atası da, qardaşı da əri də susur“ - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Pozğun qadınların atası da, qardaşı da əri də susur“ - VİDEO

Şou

25 İyun 2025 15:07 391


"Özünün qınaq obyektinə çevirən insanların elə özü də günahkardır".

Yenisabah.az xəbər verir ki, bunu "Kanal S"də yayımlanan "Xəbərin var?" verilişinə müsahibəsində müğənni Nadir Qafarzadə deyib.

O, efirdə özəl həyatını açıq-aşkar danışan qadın sənətçiləri qınayıb: Sezar pizza

"Kim icazə verirsə ki, onu qınasınlar, günah elə o adamın özündədir. Bu ən çox da qadınlara aiddir. Efirə çıxanda ədəbli danışın, ağzınıza gələni deməyin, qadınlığınıza hörmət edin". 

Müğənni hər şeyin biyabırçı hal aldığını və pulun çox şeyin üstünü örtdüyünü bildirib: 

"Özünüz-özünüzü ləkələyirsiniz sonra da kimisə qınayırsınız. Hər şey çox biabırçı hal alıb. Deyək ki, onun əri yoxdur, axı atası, qardaşı var, qohum əqrəbələrin baxır, görür. Bir adam çıxıb sənə demir ki, ayıl, sən nə edirsən? Bəzi pozğun qadınlar o cür hərəkətlərlə pul qazanırlar deyə ata da, qardaş da, ər də susur. Pul çox şeyin üstünü örtür".

Aydan Hacıbalazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!