Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının 15 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Nəriman oğlu Əsgərov vəzifəsindən azad edilib. pizza hut
Bundan əvvəl hüquq-mühafizə orqanları Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Həmin vaxt həbs olunan bu vəzifəli şəxslərdir: İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Mirzəyev və baş məsləhətçi Yaşar Eyvazov. Onlar qanunsuz torpaq satışında, vəzifədən sui-istifadədə və korrupsiyada şübhəli bilinirlər.
Baş Prokurorluğun Mətbuat Xidməti həmin məlumatı təsdiqləyib, cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır.
Telegram kanalımız