Prezident İlham Əliyev iyulun 11-də Laçın rayonunda Həkəriçayın qolu olan Hocaz çayı üzərində inşa edilən üç yeni su elektrik stansiyasının – gücü 14,7 MVt olan “Ağbulaq-1”, 14,25 MVt olan “Ağbulaq-2” və 4 MVt gücündə “Şeylanlı” SES-lərin açılışında videobağlantı vasitəsilə iştirak edib.
“Yeni Sabah” xəbər verir ki, tədbirdə “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlət başçısına Laçın rayonunun enerji potensialı və istifadəyə verilən stansiya
lar barədə məlumat təqdim edib. pizza mizza
Qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası”na çevrilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinə uyğun olaraq, bölgədə yeni su elektrik stansiyalarının tikintisi mərhələli şəkildə davam etdirilir.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçında əsas su ehtiyatları ölkə daxilində formalaşır. Həkəriçay və onun qolları olan Hocaz, Zabux və Şəlvə çayları üzərində indiyədək ümumi gücü 72,6 MVt təşkil edən 11 su elektrik stansiyası istifadəyə verilib.
Hazırda Laçının elektrik enerjisinə olan 8–10 MVt-lıq tələbatı tam şəkildə yaşıl enerji hesabına ödənilir, artıq istehsal olunan enerji isə ümumi enerji sisteminə ötürülür.
Bundan əlavə, ümumi gücü 10,7 MVt olan daha üç su elektrik stansiyasının tikintisi davam edir və onların cari ilin sonunadək istismara verilməsi planlaşdırılır.
Bildirilib ki, 2040-cı il üçün proqnozlara əsasən Laçında elektrik enerjisinə tələbatın 80 MVt-a çatacağı gözlənilir. Mövcud və perspektiv layihələr nəzərə alınmaqla rayonun növbəti 15 il ərzində də tam şəkildə yaşıl enerji ilə təmin olunacağı vurğulanıb.
Telegram kanalımız