Prezident motosiklet sürərkən xəsarət aldı 

saytların hazırlanması

Evə çatdırılma

Prezident motosiklet sürərkən xəsarət aldı 

Dünya

24 May 2024 09:07 665


Çexiya prezidenti Petr Pavel motosiklet sürərkən xəsarət alıb. O, Praqada Mərkəzi Hərbi Hospitalda müalicə olunur. 

Modern.az-ın məlumatına görə, bu barədə dövlət başçısının administrasiyası X sosial hesabda məlumat yayıb. 

"Onun xəsarətləri ciddi deyil, lakin buna görə Mərkəzi Hərbi Hospitalda qısamüddətli müayinə tələb olunur", - məlumatda deyilir.  pizza mizza

Bildirilib ki, dövlət başçısının administrasiyası sonradan baş verənlərlə bağlı ictimaiyyətə daha ətraflı məlumat vermək niyyətindədir. 

Qeyd edək ki, bu il 63 yaşı tamam olacaq Pavel avtomobil idmanının həvəskarıdır. Boş vaxtlarında motosiklet sürməyi xoşlayır. Çex ordusunun istefada olan generalı olan prezident, həkimlərin fikrincə, əla fiziki formadadır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!