Qazaxıstan prezidenti parlament Senatının sədri vəzifəsinə palatanın keçmiş spikeri Maulen Aşimbayevin namizədliyini irəli sürüb.
Yenisabah.az "İnterfax"a istinadla xəbər verir ki, Kasım-Jomart Tokayev bu barədə palatanın iclasında bildrib.
Prezidentin sözlərinə görə, Aşımbayev artıq bu vəzifədə özünü yalnız müsbət tərəfdən sübut edib. pizza hut
Aşımbayev 2020-ci ilin mayında parlamentin Senatına təyin edilib, altıncı çağırış Senatın sədri seçilib. Yanvarın 28-də onun 52 yaşı tamam olacaq.
Qazaxıstan Konstitusiyasına görə, Senatın spikeri vəzifəsi prezident postundan sonra ikincidir. Prezident vaxtından əvvəl vəzifədən azad edildikdə və ya vəzifəsindən kənarlaşdırıldıqda, qalan müddət üçün səlahiyyətlər Senatın sədrinə keçir.
Telegram kanalımız