Prezident qrantların verilməsinə dair fərman imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Prezident qrantların verilməsinə dair fərman imzaladı

Rəsmi

28 Aprel 2026 17:20 182


Mədəniyyət sahəsində qrantların verilməsinə dair xüsusi qayda müəyyənləşəcək, QHT-lərlə bərabər digər hüquqi və fiziki şəxslərə də qrant ayrılacaq.

"Yeni Sabah" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Mədəniyyət haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi mədəniyyət xidmətlərinin, habelə mədəni və yaradıcı sənaye sahələrinin inkişafına və keyfiyyətinin artırılmasına yönəldilmiş innovativ fəaliyyət və tədqiqatların stimullaşdırılması, mədəniyyət müəssisələrinin infrastrukturunun inkişaf etdirilməsi, eləcə də mədəniyyət sahəsində maarifləndirmə məqsədilə “Qrant haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək.

Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!