Prezident Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binası ilə tanış oldu

saytların hazırlanması

Evə çatdırılma

Prezident Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binası ilə tanış oldu

Siyasət

02 Dekabr 2022 19:24 857


Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olublar.

Yenisabah.az xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov dövlətimizin başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Leyla Əliyevaya binada yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, icra hakimiyyətinin yeni binası zirzəmi qatından və 4 mərtəbədən ibarətdir. Ümumi sahəsi 6080 kvadratmetr olan binada 56 yerlik konfrans zalı, 164 nəfərlik akt zalı və 70 nəfərlik yeməkxana yaradılıb. Həmçinin yeni binada hər cür şəraiti olan 90 iş otağı, kitabxana, muzey, sərgi və toplantı otaqları var. Zirzəmi qatında avtodayanacaq və texniki xidmət sahəsi fəaliyyət göstərir. Binanın həyətyanı sahəsində abadlıq və yaşıllaşdırma işləri görülüb. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!