Prezident və birinci xanım hotellərin açılışında   - YENİLƏNİB

saytların hazırlanması

Evə çatdırılma

Prezident və birinci xanım hotellərin açılışında - YENİLƏNİB

Siyasət

17 Sentyabr 2026 15:38 445


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün eyni zamanda Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər. Pepperoni pizza

***

“Pasha Hospitality” şirkətinin baş icraçı direktoru Mehmet Balçik dövlət başçısına və birinci xanıma dəniz səviyyəsindən 1050 metr yüksəklikdə salınan çoxfunksiyalı “Meysari Grand Hotel & SPA” turizm və istirahət məkanı barədə məlumat verib.

“Yeni Sabah” xəbər verir ki, dövlət başçısına kompleksdə 88 otaqlı əsas hotel binası, 116 otaqlı kotteclər və 3 villa olmaqla ümumilikdə 204 otağın olduğu bildirilib.

Məkanda 420 nəfərlik Nəsimi Konfrans Mərkəzi, kiçik tədbir zalı, sağlamlıq və SPA mərkəzi, 3 hovuz, idman və pilates zalları, tennis və padel kortları, futbol meydançası, uşaq əyləncə mərkəzi və restoranlar fəaliyyət göstərir. Zəruri hallar üçün helikopter meydançası, eləcə də avtomobil dayanacaqları ilə təmin olunan kompleksdə ümumilikdə 320 yeni iş yeri açılıb.

Zəngin tarixi, gözəl təbiəti və mülayim iqlimi ilə seçilən Şamaxıda bu müasir kompleksin istifadəyə verilməsi regionun turizm infrastrukturunun inkişafına, yerli iqtisadiyyatın güclənməsinə və rayonun turizm potensialından daha səmərəli istifadə edilməsinə mühüm töhfə verəcək.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!