Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər 

saytların hazırlanması

Evə çatdırılma

Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər 

Sosial

14 Fevral 2024 14:44 351


Fevralın 14-də andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım birinci xanım Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər. 

Yenisabah.az xəbər verir ki, dövlət başçısı və birinci xanım Ulu Öndərin məzarı önünə gül dəstələri qoydular. 

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər və üzərinə gül dəstələri qoydular.  pizza hut

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzüldü. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!