Prezident yol tikintisinə 17,2 milyon manat ayırdı

saytların hazırlanması

Evə çatdırılma

Prezident yol tikintisinə 17,2 milyon manat ayırdı

Sosial

30 Noyabr 2022 16:41 705


Prezident İlham Əliyev Cəlilabad rayonunun Abazallı-Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Məmmədrzalı-Məşədilər-Dostallı-Şötüklü-Boyxanlı-Məlikqasımlı və Şiləvəngə-Adnalı-Bədirli avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Yenisabah.az xəbər verir ki, Sərəncamla on dörd min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Abazallı–Təklə–Şorbaçı–Mədətli–Novruzallı–Məmmədrzalı–Məşədilər–Dostallı–Şötüklü–Boyxanlı–Məlikqasımlı və Şiləvəngə–Adnalı–Bədirli avtomobil yollarının tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğdən 7,0 (yeddi) milyon manat və 1.26.23-cü yarımbəndində göstərilmiş 10,2 milyon (on milyon iki yüz min) manat olmaqla ümumilikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 17,2 milyon (on yeddi milyon iki yüz min) manat ayrılıb.  pizza hut

  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!