“Prezidentə dedim ki, elə özüm heykəlin yerinə duraram burda“ - Video

saytların hazırlanması

Evə çatdırılma

“Prezidentə dedim ki, elə özüm heykəlin yerinə duraram burda“ - Video

Şou

03 Aprel 2023 13:37 1362


Xalq artisti Rasim Balayev Prezident İlham Əliyevlə olan xatirəsindən söz açıb.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, sənətkar bu barədə ona həsr edilmiş “Ötən günlər” verilişində danışıb:

“Bizi Şamaxıya çağırmışdılar. Nəsiminin heykəlinin açılışı idi. Ora çatanda gördüm ki, hamı pencəkdədir, mən də gödəkçədəyəm. Dedim ki, yaxşı deyil, Prezident kostyumda durub, mən gödəkçədə çıxım?! Çıxardım ki, kiməsə verim saxlasın, gördüm ki, hamısı nazirlərdir. İndi mən bunu kimə verim ki, saxla, gedirəm ora? Marqarita pizza

Təzədən geyindim. Getdim cənab İlham Əliyevin yanına. Dedim ki, cənab Prezident, məni bağışlayın, bir az xəstəyəm. Dedi ki, eybi yoxdur.

Sonra mənə qayıtdı ki, Rasim müəllim, sən canlı Nəsimisən. Bu heykəl necədir? Heykəltaraşlar da Prezidentin razılığını gözləyirlər ki, qonorar alsınlar. Desə ki, pisdir, bunlar batdı. Desə ki, yaxşıdır, gedib pullarını ala bilərlər.

Dedim ki, cənab Prezident, yaxşıdır, amma... Amma deyəndə bunlar ağardı ki, nə amma? Dedim ki, cənab Prezident, film də çəkilmir, yaxşı pul versələr mənə, səhərdən gəlib duraram burada, axşama kimi... Bərkdən güldü. O sözlə də çatdırdım ki, kino çəkilmir...”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!