Prezidentin yüksək vəzifə verdiyi Elçin Yusubov kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin yüksək vəzifə verdiyi Elçin Yusubov kimdir?

Sosial

07 Mart 2024 14:24 1032


Xəbər verdiyimiz kimi, dövlət başçısının imzaladığı Sərəncamla Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi təyin edilib. 

“Qafqazinfo”nun məlumatına görə, bu Sərəncamadək Elçin Yusubov 4 il müddətində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsini icra edib.

1975-ci il təvəllüdlü E.Yusubov daha əvvəl özəl sektorda, Ticarət Nazirliyində, İqtisadi İnkişaf Nazirliyində, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Əmlak Komitəsində və “İçəri şəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində müxtəlif vəzifələrdə çalışıb. Marqarita pizza

O daha əvvəl Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentində baş direktorun müavini, baş direktorun 1-ci müavini, baş direktor, Bakı şəhər Lokal Gəlirlər İdarəsinin rəisi vəzifələrini də tutub.

2020-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!