Prezidentin yüksək vəzifə verdiyi şəxs kimdir? - Maraqlı məlumatlar

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin yüksək vəzifə verdiyi şəxs kimdir? - Maraqlı məlumatlar

Sosial

16 Aprel 2024 14:02 930


Xəbər verdiyimiz kimi, Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. 

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Onun yerinə Fərhad Əsgər oğlu Adıgözəlov təyin olunub. 

Yenisabah.az Fərhad Adıgözəlovun dosyesini təqdim edir:  Dominos pizza

Dövlət başçısının digər Sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Qeyd edək ki, F.Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub.1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyyə və kredit üzrə bakalavr dərəcəsi, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb.

O, əmək fəaliyyətinə 2000-ci ildə “Azərsığorta” Dövlət Sığorta Şirkətində başlayıb. O, 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Bankında mütəxəssis, 2005-2009-cu illərdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis köməkçisi, 2009-2013-cü illərdə “Kapital Bank” ASC-də departament direktoru vəzifəsində çalışıb.

Daha sonra F.Adığözəlov 2013-2014-cü illərdə maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri və 2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini olub.

F.Adıgözəlov Prezident İlham Əliyevin 2021-ci il dekabrın 7-də imzaladığı Sərəncamla Dövlət Sığorta Kommersiya Şirkətinə Sədr təyin edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!