Prezidentlə görüş zamanı təsirli çıxışı ilə yadda qalan qaziyə nazirlikdə vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Prezidentlə görüş zamanı təsirli çıxışı ilə yadda qalan qaziyə nazirlikdə vəzifə verildi

Sosial

17 İyul 2021 18:44 3673


İyulun 14-də Prezident İlham Əliyevin iştirak etdiyi tədbirdə təsirli çıxışı ilə yadda qalan müharibə əlili Ruslan Şıxıyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlə təmin edilib.

Yenisabah.az xəbər verir ki, o, Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyində nəzarətçi vəzifəsinə işə qəbul edilib. Ruslan növbəti iş həftəsindən yeni kollektivdə fəaliyyətə başlayacaq. 

Qeyd edək ki, Ruslan Vaqif oğlu Şıxıyev Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralanıb.  pizza hut

Prezident İlham Əliyevin Sərəncamları ilə “Suqovuşanın azadlığı uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. İyunun 14-də isə dövlət başçısı tərəfindən ona Xocasən yaşayış kompleksindən 3 otaqlı mənzilin sənədləri təqdim edilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!