Problemli kreditlər də artır – Bank sektorunda gizli təhlükə?

saytların hazırlanması

Evə çatdırılma

Problemli kreditlər də artır – Bank sektorunda gizli təhlükə?

İqtisadiyyat

21 Mart 2026 12:17 421


2026-cı il fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz artıb.

"Yeni Sabah" xəbər verir ki, bu, milli valyuta ekvivalentində 31863,7 milyon manat təşkil edib.

Ümumi kredit portfelinin 26171,6 milyon manatı və ya 82,1 faizi uzunmüddətli kreditlərin payına düşüb. Toyuqlu pizza

Kreditlərin 94,1 faizi banklar, 5,9 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 17,3 faiz artaraq 557,5 milyon manat olub və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!