"Dövrün tələbinə uyğun olmayan ixtisaslar yığışdırılmalı və yerinə yeni ixtisaslar yaradılmalıdır".
Bunu Yenisabah.az-a açıqlamasında təhsil eksperti Şahlar Əsgərov bildirib.
O, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin son bəyanatını şərh edib. Toyuqlu pizza
Xatırladaq ki, DİM rəhbəri bildirib ki, Azərbaycanda məzunlar üçün kifayət qədər vakant iş yerləri var. Lakin mövcud olan vakansiyalar dolmur və insanlar işsiz qalır.
Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin məzunlarının az qismi əmək bazarında olan tələbləri ödəyə bilir.
Öz növbəsində, Şahlar Əsgərov bununl bağlı bildirib ki, hər bir universitet təhsil məzmununa fikir verməli, tələbəsinə əmək bazarında özünü doğrulda bilməsi üçün yetəri qədər dəstək verməlidir:
"Dövrün tələbinə uyğun olmayan ixtisaslar yığışdırılmalı və yerinə yeni ixtisaslar yaradılmalıdır".
Professor qeyd edib ki, ötən il UNEC-in rektoru Ədalət Muradov məzunların 60%-nin işlə təmin olunduğunu bildirib:
"Bu çox sevindirici haldır. Qərb Universitetinin təşkilatçılığı ilə keçirilmiş əmək yarmarkasına qoşulan 700-ə yaxın universiteti yeni bitirmiş gənc üçün 300-ə yaxın iş yeri var idi. Fikrimcə belə yarmarkalar tez-tez təşkil olunarsa gənclərimiz əmək bazarında özünü doğrulda və iş tapa bilərlər”.
Nəsimi Ələsgərli
Telegram kanalımız