Professor: Koronavirus artıq mövsümi qripə çevrilib

saytların hazırlanması

Evə çatdırılma

Professor: Koronavirus artıq mövsümi qripə çevrilib

Sosial

24 Mart 2023 12:04 723


COVID-19 artıq mövsümi qrip, bir növ virus infeksiyası qrupuna daxil ola bilər. 

Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin Koronavirus Elmi Komitəsinin üzvü Səma Kultufan Turan bildirib. 

Onun sözlərinə görə, virusun quruluşu 3 ildə dəyişib və ağır xəstəliyə səbəb olma ehtimalı azaldıb.  Sezar pizza

"Covid-19 virusunun quruluşunun dəyişməsi nəticəsində ağır xəstəlik halları azalıb. Yəni xəstəliklə bağlı xəstəxanaya yerləşdirmə və reanimasiyaya ehtiyac nisbətləri azalıb", - deyə professor vurğulayıb. 

Səma Kultufan Turan vurğulayıb ki, Covid-19 digər bütün virus infeksiyaları kimi yaşlı insanlar və əlavə xəstəlikləri olanlar üçün hər zaman ciddi risk daşıyır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!