Professor olmaq istəyən 7 nəfərə  “yox” cavabı verildi

saytların hazırlanması

Evə çatdırılma

Professor olmaq istəyən 7 nəfərə “yox” cavabı verildi

Sosial

05 İyul 2023 14:12 838


Bu ilin I yarısında 200 nəfərə elmi dərəcə verilməsindən imtina edilib. 

Bu barədə Yenisabah.az-a Prezident yanında Ali Attestasiya Komissiyasından bildirilib. 

Həmin müddətdə 319 nəfərə fəlsəfə doktoru, 65 nəfərə elmlər doktoru dərəcəsi verilib. Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 177 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 23 nəfərə isə imtina cavabı gəlib.  Pepperoni pizza

Bundan başqa, bu ilin 6 ayında 102 nəfərə dosent, 26 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 31 nəfərə, professor elmi adı almaq istəyən 7 nəfərə isə imtina verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!