Azərbaycan Səhiyyə Nazirinin əmri ilə Türkiyənin Aydın şəhəri Adnan Menderes Universitetinin dosenti Mücahit Avcil Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin olunub.
Yenisabah.az xəbər verir ki, o bu vəzifədə professor Surxay Hadiyevi əvəz edəcək.
"Professorun yerinə dosentin təyin olunması xəbəri diqqətimi cəlb elədiyi və Mücahit Avcil yaşadığım ölkədə çalışdığına görə internetdə araşdırma apardım. Əslində, axtarışımın səbəbi bir dosentin professorun yerinə gətirilməsinə səbəb olan elmi nailiyyətlər və teşkilati bacarığı ilə bağlı məlumatları oxumaq idi", - deyə bu təyinatla bağlı Türkiyədə yaşayan azərbaycanlı jurnalist İlhamə Qasımlı yazıb. pizza sifarişi
Onun sözlərinə görə, gözləntisinin tam əksinə Mücahit Avcilin bu ilin martında Uşak Dövlət Xəstəxanasının baş həkimi vəzifəsindən qalmaqallı şəkildə istefa verməsi ilə bağlı yazılarla üzləşib.
İ. Qasımlı öz "Facebook" hesabında qeyd edib: "Mücahit Hoca ilə bağlı xəbərlərdə onun 2020-ci ildə bu xəstəxanaya baş həkim təyin olunandan sonra Uşakda vətəndaşların xəstəxana ilə bağlı şikayətlərin artdığı, xüsusən də bəzi poliklinikalarda həkim olmadığı, hətta ultrasəs müayinələrinə qəbulun 5 ay sonraya verildiyindən bəhs edilir.
Çoxsaylı şikayətlərdən sonra o, vəzifəsindən istefa verməyə məcbur olub.
Xəstəxananın fəaliyyəti ilə bağlı şikayətlərlə yanaşı, baş həkim həm də AK Partidən olan millət vəkilinin qarşısında təzim etməsi - baş əyməsi ilə də tənqid hədəfinə çevrilib. Hərçənd doktor Avcil bu hərəkətini pandemiya şərtləri, yəni əl uzada bilməməsi ilə izah etməyə çalışıb, amma bir millət vəkili qarşısında təzim etməyin yolverilməz olduğunu düşünən insanlar onu kəskin tənqid atəşinə tutublar.
Yeri gəlmişkən, oxuduğum xəbərlərdə Mücahit Avcilin baş həkim kimi idarəcilik prinsiplərinə etiraz edən həkimlərin xəstəxanadakı işindən çıxasından da bəhs edilir.
Ölkəsində ciddi tənqidlərin hədəfi olan bir şəxsin Azərbaycanda önəmli bur xəstəxananın inkişafına hansı töhfə verəcəyi maraq doğurur".
Telegram kanalımız