Prokuror “Atlant”ın hərracda satılmasını tələb etdi - 14 milyon manat zərəri belə ödəyəcəklər

saytların hazırlanması

Evə çatdırılma

Prokuror “Atlant”ın hərracda satılmasını tələb etdi - 14 milyon manat zərəri belə ödəyəcəklər

Kriminal

31 İyul 2026 21:13 114


Bakı Ağır Cinayətlər Məhkəməsində 171 vətəndaşın zərərçəkmiş şəxs qismində tanındığı və ictimaiyyətdə "Atlant işi" kimi tanınan cinayət işi üzrə məhkəmə araşdırması yekun mərhələyə çatıb.

''Yeni Sabah'' xəbər verir ki, son məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək "Təbriz" MTK-nın sahibi Nofəl Hacıyevin ittiham olunduğu əməllərin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini bildirib və onun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı digər təqsirləndirilən şəxs – MTK-nın icraçı direktoru Talış Məhəmmədovun isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını tələb edib.

Prokuror, həmçinin cinayət işi çərçivəsində üzərinə həbs qoyulmuş "Atlant" ailəvi istirahət mərkəzinin hərrac yolu ilə satılmasını, satışdan əldə olunacaq vəsait hesabına zərərçəkmiş şəxslərə dəymiş 14 milyon manatlıq ziyanın ödənilməsini, qalan məbləğin isə Tahir Qədəşova qaytarılmasını istəyib. pizza

 

Prosesin əsas müzakirə mövzularından biri də "Atlant" mərkəzinin üzərinə qoyulmuş həbs idi. Hazırda həmin əmlak cinayət işi çərçivəsində həbs altındadır. Bu qərar zərərçəkənlər üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki onların böyük əksəriyyəti illər keçməsinə baxmayaraq nə mənzillərini əldə edə bilib, nə də ödədikləri vəsaiti geri ala bilib.

Məhz buna görə də zərərçəkənlər əmlak üzərində həbsin qüvvədə saxlanılmasını istəyirdilər. Artıq prokuror da eyni mövqedən çıxış edib.

Qeyd edək ki, "Atlant" 2002-ci ildə Nabran qəsəbəsində, Xəzər dənizinin sahilində fəaliyyətə başlayıb. Sonrakı illərdə kompleksin ərazisi davamlı şəkildə genişləndirilib. Hazırda obyekt çoxsaylı hotellər, 200-ə yaxın kotec, akvaparklar, restoranlar, əyləncə və idman obyektləri, çimərlik infrastrukturu, konfrans zalları və digər xidmət sahələrini özündə birləşdirən iri istirahət kompleksi kimi fəaliyyət göstərir.

İş üzrə növbəti məhkəmə iclasında müdafiə tərəfinin çıxışları dinləniləcək, bundan sonra təqsirləndirilən şəxslərə son söz veriləcək və hökm elan olunacaq.\Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!