Prokurorluq: 115 min manatlıq dələduzluq faktı ilə bağlı araşdırmalara başlandı

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq: 115 min manatlıq dələduzluq faktı ilə bağlı araşdırmalara başlandı

Kriminal

25 İyun 2021 19:02 1577


İyunun 18-də Baş Prokurorluğun “İnstagram” sosial şəbəkəsindəki səhifəsində sual-cavab adlı sessiya (#prokurorluqlasualcavab) keçirilərkən Azad Sultanov adlı istifadəçinin Ruslan və Zaur adlı şəxslər tərəfindən “Çinarə lizinq” MMC-yə məxsus “Mercedes” markalı avtomobilin ona satılması adı ilə ümumilikdə 115 min manat məbləğində pulunun ələ keçirilməsi, bununla bağlı araşdırmanın qeyri-obyektiv aparılması ilə əlaqədar müraciəti daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, müəyyən edilib ki, Azad Sultanovun özünü dövlət qurumunun vəzifəli şəxsi kimi təqdim edən Ruslan və onun tanışı Zaur adlı şəxslər tərəfindən aldadılaraq pulunun ələ keçirilməsi xüsusatı üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılaraq 01.03.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilib.

Həmin qərar 25.06.2021-ci il tarixdə ləğv edilərək toplanmış material rayon prokurorluğunun icraatına qəbul edilib. pizza mizza

Hazırda araşdırma davam edir, nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!