Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi

saytların hazırlanması

Evə çatdırılma

Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi

Şou

14 Sentyabr 2026 16:58 80


Xəzər TV yeni mövsümə start verib.

"Yeni Sabah" xəbər verir ki, kanal ötən mövsümdə tamaşaçıların marağına səbəb olan “Xəbər ertəsi”, “Qonaqcanlı”, “Evdəkilərə salam”, “Xəzər axşamı” və “Təsir dairəsi” proqramlarının yeni mövsümdə də yayımlanacağını açıqlayıb. Belə ki, aparıcılar Lalə Azərtaş, Aytən Səfərova, Aytəkin Mərdanova və Mətanət Əliverdiyeva yeni mövsümdə də kanalda fəaliyyətini davam etdirir.

Diqqətçəkən məqam isə aparıcı Vüsalə Əlizadənin yeni mövsümdə kanalda olub-olmayacağının hələlik açıqlanmamasıdır. Onunla bağlı heç bir anons efirə getməyib. Dominos pizza

Qeyd edək ki, Vüsalə ötən mövsüm aparıcısı olduğu “İncə səhər” proqramından ayrıldığını açıqlamışdı. O, səhhəti ilə əlaqədar səhər verilişi aparmaq istəmədiyini bildirmişdi./Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!