Psixiatriya Xəstəxanası uşaq evindən göndərilmiş yeniyetmə ilə bağlı açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

Psixiatriya Xəstəxanası uşaq evindən göndərilmiş yeniyetmə ilə bağlı açıqlama yaydı

Sosial

03 Aprel 2023 13:09 1362


Son günlər yeniyetmənin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının damından özünü ataraq, intihar edəcəyi barədə bəzi sosial şəbəkələrdə video yayılıb.

“Yeni Sabah” xəbər verir ki, Respublika Psixiatriya Xəstəxanası bununla bağlı açıqlama verib.

Məlumata görə, yayılan videoda məlumatların həqiqəti əks edib-etməməsini yoxlayarkən müəyyən olunub ki, görüntülər təxminən 20 gün öncə paytaxtın Xətai rayonu ərazisində yerləşən binalardan birinin damında çəkilib: Dördpendirli pizza

"Həmçinin, bildiririk ki, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında belə hündür bina mövcud deyil və dam örtükləri şiferdəndir”.

Qeyd edək ki, bir neçə gün əvvəl Xətai rayonu, 3 saylı uşaq evinin yeniyetmə sakini Məhəmməd Hacıyev video paylaşaraq uşaq evinə gətirilən ərzaqların onlara verilmədiyini iddia edib. Daha sonra o, qardaşının razılığı ilə Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!