Psixoloq seksual mövzularla gündəmə gələn həmkarlarından söz açdı

saytların hazırlanması

Evə çatdırılma

Psixoloq seksual mövzularla gündəmə gələn həmkarlarından söz açdı

Sosial

19 Dekabr 2023 15:30 642


“Heç kim güvənmədiyi, fikrini mübahisəli hesab etdiyi və etimad göstərmədiyi heç bir profil sahibinin və mütəxəssisin yanına getməməlidir. Bu bütün peşə sahibləri üçün keçərlidir”.

Bu fikirləri “Yeni Sabah”a psixoloq Əfsanə Rüstəmova bildirib. 

Onun sözlərinə görə, hazırda cəmiyyətdə psixoloqların səsləndirdiyi fikirlər o qədər də doğru anlaşılmır: Dördpendirli pizza

“Çünki insanların dəyər vahidləri fərqlidir. Məsələyə də fərqli baxış bucağından baxırlar. Psixologiya isə elə bir dəryadır ki, burada sadəcə, uzununa yox, eninə də böyümək mümkündür. Belə olduğu təqdirdə, deyilən fikirlərin düzgün anlaşılmaması psixoloqlar tərəfindən normal qarşılanır. 

Aktual mövzularla gündəmə gəlmək bütün profil sahibləri üçün keçərlidir. Sosial medianı reklam plaftorması olaraq görənlər aktual mövzulara toxunaraq daha çox diqqət çəkməyə çalışacaqlar. Bu da marketinqin bir yanaşmasıdır. Kifayət qədər də doğrudur”.

Ekspert qeyd edir ki, əgər psixoloq verilən sualdan, ya da informasiya məqsədli çəkdiyi videolarda mövzu başlığından kənara çıxıb, məhz hər hansı bir əlavə xidməti satmaq üçün, seksual xarakterli mövzulara toxunursa, artıq anlamaq lazımdır ki, o adam bizim güvəniləcək profil sahibi deyil”.

“Nisbətən dayaz cəmiyyətlərdə insanlar düşünür ki, mən bir fikir səsləndirmişəmsə, bu fikir mütləq şəkildə qəbul olunmalı və müzakirəyə çıxarılmamalıdır. Halbuki fikirlər elə müzakirə olunmaq üçün deyilir. İnsan sosial şəbəkədə və ya hər hansı bir yerdə düşüncələrini dilə gətirirsə, burada məqsəd kütlə arasında həmin fikirlərin müzakirə edilməsidir. Bunun qəribsənən tərəfi əslində qeyri-adidir. Məsələn biz qlobal cəmiyyətlərdə, böyük həcmli tədbirlərdə şərti olaraq “qatıq qaradır adlı simpoziumlar keçirilir və tanınmış alimlər, akademiklər yığılıb bu əsaslandırmanı dinləyirlər. Sadəcə bizim kimi inkişaf etməkdə olan cəmiyyətlər üçün keçərlidir ki, bu tip mövzuların müzakirə edilməməsi gərəkdiyini düşünürük”.

Psixoloq seksual mövzularla gündəmə gələn həmkarlarından da söz açıb:

“Hər profildə olduğu kimi, psixologiyada da ixtisas və qeyri-ixtisas sahibləri var. Həmçinin, psixologiya sadəcə oxuduqca öyrənilən bir peşə deyil. Eyni zamanda burada bir az dünyagörüşü, bir az təcrübə bir az təhsil, bir az da praktik tapşırıqlarla işləmək vacibdir. Hazırda kim nə ilə gündəmə gəlmək və diqqəti cəlb etmək istəyirsə, onu sosial şəbəkə hesablarında ardıcıl olaraq paylaşır. Əgər hər hansı psixoloq cinsi mövzularda fikir səsləndirərək belə videolar paylaşırsa, demək ki, ya onun ixtisaslaşma sahəsi cinsi terapiyadır, ya da ümumiyyətlə o sadəcə münasibətlərin bu tərəfi ilə məşğul olaraq effektiv təsir göstərdiyini görür”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!