Psixoloq: “Şəxsi tanısa, görər ki o hansı əziyyətlərə sinə gərib”

saytların hazırlanması

Evə çatdırılma

Psixoloq: “Şəxsi tanısa, görər ki o hansı əziyyətlərə sinə gərib”

Sosial

19 Fevral 2022 14:24 1230


Müğənni Manaf Ağayevin Füzuli rayonun işğaldan azad edilmiş ərazilərinə icazəsiz səfəri onun 15 sutka həbsinə səbəb olub. Cəmiyyətin müxtəlif təbəqələrini bu hadisəyə münasibəti fərqlidir, amma əksəriyyət ifaçının hərəkətinə aqressiv rəy bildirir. 

Yenisabah.az-a açıqlamasında psixoloq Gülər Məmmədova bu aqressiyanın səbəbini insanların dai özünü kimlərləsə müqayisə etməsində görür.

Psixoloqun sözlərinə görə, insan özündə görmək istədiyini, başqasında görəndə bunu qəbul edə bilmir: pizza mizza

“Kimlərinsə həyatda tutduğu yeri zəif olur, əziyyət çəkib, nəyəsə nail ola bilmir. O zaman fikirləşir ki. niyə onda var, məndə yoxdur... Bu paxıllıq aqressiv fikirlər oyadır. Belə rəylər özünü şəxsiyyət olaraq ifadə edə bilməməyindən qaynaqlanır.

Bəzən insanlar heç nə etmədən pul qazanmaq istəyir. Məntiqlə düşünsələr ortaya çıxar ki, qibtə etdiyi insanın gecəsi-gündüzü olmayıb. Şəxsi tanısa, görər ki o hansı əziyyətlərə sinə gərib”.

Nəzrin Vahid 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!