Psixoloq: “Tələb qoyula bilməz ki, maskanı çıxarın“

saytların hazırlanması

Evə çatdırılma

Psixoloq: “Tələb qoyula bilməz ki, maskanı çıxarın“

Sosial

24 Mart 2022 16:25 696


“Pandemiya başlayanda insanların psixikası onu qəbul etməyə hazır deyildi”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

Onun sözlərinə görə, əvvəllər virusa inanmayanlar onun mövcudluğuna inanmağa başlayıb, şübhələnənlərin də şübhələri aradan qalxıb: pizza

“COVID-19-la insanın yaddaşına həkk olundu ki, özün-özünü qorumalısan, müəyyən məhdudiyyətlərdən istifadə etmək lazımdır. Pandemiyaya tabe olma prosesi cərimələrə gediləcək dərəcədə çətin şəkildə əldə olundu. Buna baxmayaraq, yenə də pozuntular, o cümlədən xəstə olaraq gəzib, digərlərinin həyatını təhlükəyə atma halları oldu”.

G. Məmmədova qeyd edib ki, insanlarda artıq nəinki koronavirusa, digər xəstəliklərə qarşı da özünümüdafiə yaranıb. Məhz buna görə də, bəzi məhdudiyyətlərin aradan götürülməsinə baxmayaraq, onlara yenə də əməl edirlər.

"Bu normaldır, bu gün elə tələb qoyula bilməz ki, maskanı çıxarın. Bu insanların şəxsi seçimi olacaq. İnsanlar öz təfəkkürünə uyğun olaraq davranacaqlar”.

Nəzrin Vahid  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!