"Orta statistikayla bir kişiyə bir qadın düşür. Əgər, bir kişi 5 qadınla münasibətdə olursa, deməli, 4 kişinin haqqına girmiş olur. Bir qadın da 3-4 kişiylə ünsiyyət qurursa, digər 3-4 qadının haqqına girmiş olur. Ümumilikdə, xəyanət edən adam bir neçə adamı xəyanətə cəlb etmiş olur. Bu da zəncirvari bir qapalılıq yaradır. Sonra bunu aradan qaldırmaq çətin olur".
Bu sözləri Yenisabah.az-a psixoloq Nail Cəlil qadınların ərlərinin xəyanətlərinə hansı səbəblərdən dolayı susma hallarına münasibət bildirərkən deyib.
Psixoloq onu da bildirib ki, gündəlik yeməyə çörək tapa bilməyənlər sağa-sola pul xərcləyir: Dördpendirli pizza
"Ümumiyyətlə, bir neçə psixotiplər var. Psixoloqlar 200-ə yaxın insan tipi müəyyənləşdiriblər. Çox təəssüf ki, qadınlar kişilərin imkanlarına potensialına görə, xəyanət edən insanları seçirlər və onların səhvlərini günahlarını bağışlayırlar, yanlışlıqlarını görməzdən gəlirlər. Amma doğru-dürüst insanın maddi çətinliyi olanda və yaxud bir məqamda dəstəyə ehtiyacı olanda onları yarı yolda qoyurlar. Bunun səbəbi Amerika dəyərlərinin cəmiyyətə nüfuz etməsidir. Çünki Avropa dəyərləri fərqlidir. Onlarda da ailə dəyərləri ilə bağlı problemlər olmasına baxmayaraq, sosiallıq, insanları anlama, güzəştə getmə qalır. Xəyanət edən bu tip insanlar cəmiyyətə də zərbə vururlar. Varlıların sayı cəmiyyətdə çoxdur. Onların əksəriyyəti belə həyat tərzi yaşayırsa, görün, neçə sadə orta təbəqənin adamı həyatı bilərəkdən və ya bilməyərəkdən zərbə vurulur... Əfsuslar olsun ki, bu hallar aşağı təbəqələrdə də var. Gündəlik yeməyə çörək tapa bilməyən, amma "sağa-sola" pul xərcləyən insanlar var. İnsanlar çox vaxt şəxs barəsində varlı, pulludursa, qabiliyyətli olduğunu düşünürlər. Amma varlı olmaq insanın şəxsiyyət olması demək deyil. H.Z.Tağıyev deyir ki, pul itəndə qayıda bilər, amma ləyaqət, şərəf itəndə qayıtması qeyri-mümkündür. Çox adam bunu başa düşmür.
Bizim ən hüquqsuz vaxtlarımızda belə, bu cür simasızlıq, belə şərəfsizlik və tərbiyəsizliklə qarşılaşmamışıq. Qadın nə qədər məsuliyyətsizdirsə, belə hərəkət edir. Hazırda xüsusən də, qadınlara nə istəsə edə biləcəyini aşılayırlar. Bu, olmaz. Çünki qadın həm ana, həm də həyat yoldaşıdır. Bundan başqa, qadının görünən, görünməyən şeylərdə rolu 80 faizdən çoxdur. Bu nəzərə alınaraq, ilk növbədə hədəf kimi qadınlar seçilir".
"Qadının ərinin xəyanətlərinə susması nə bağlı ola bilər?" sualına psixoloun reaksiyası belə olub:
"Qadınlar bəzən məcburiyyətdən bu cür xoşagəlməz hallara göz yumurlar. Elə hal da olur ki, insan situasiyaya bir-iki dəfə məcbur edilir, daha sonra məcburiyyətdən doğan bu vəziyyət onun xoşuna gəlir. Başqa sözlə, sosioloji mərhələdə isə bu, hətta, onların xoşuna gəlir və bunu norma kimi qəbul edirlər. Qadınların üçdə ikisi psixoloji xüsusiyyətlərinə görə həssasdırlar. İlk vaxtlarda reaksiya verməsələr belə, həmin şəraitə daha çox uyğunlaşırlar. Cəmiyyətdə əxlaqsızlıq normaya çevrilirsə, artıq dəb halını alır. Getdikcə, əxlaqlı adamlar artıq qısnamaya məruz qalırlar. İnsanların qısqanc, qeyrətli olduğu qınanılır. Bu cür səbəblər real obyektiv səbəbləri sığışdırmağa başlayır. Heç kəs xəyanətlə rastlaşmaq istəməz. Ailədə sədaqət, bağlılıq, bəkarət hər bir şey normaldır. Bakirəlik mövzusunda çox vaxt dini tənqid edirlər. İnsan bir həyat yoldaşıyla kifayətlənsə, daha yaxşıdır. Kişinin üstünlüyü ona xəyanət etməyə əsas vermir. Bu, qanunda da birbaşa tənzimlənməli, xəyanətə qanuni məsuliyyət formalaşdırmalıdır. Bu, həm də tərbiyəvi- əxlaqi baxımından da önəmlidir. Əksini iddia edənlərin fikirləri getdikcə, cəmiyyət uçuruma doğru aparır. İnsan sadiq olmalıdır. Sadiq ananın, atanın da sadiq övladları olur. Təbii ki, istisnalar ola bilər. Bu da mühitin təsirindən doğur.
Psixoloq qadınların həddindən artıq sərbəstliyinə qarşı olduğunu da bu cür vurğulayıb:
"Aşırı sərbəstliyi deyənlərin əksəriyyətinin də məqsədi cəmiyyəti 70 faiz pozmağa, ondan sonra özlərinin istədiyi istiqamətdə yönəltməyə hesablanıb. Bu, qlobal və hansısa şəbəkənin maraqlarına xidmət edən strategiyadır.
Nail Cəlil insanların birdən çox partnyorlarla cinsi münasibət yaşamaq istəməsinə də toxunub:
"İnsan bəzən dəbə çevriləni müsbət hal kimi qiymətləndirə bilər. Bəzən onun humanizmi başına bəla ola bilər. Qadınlar çox vaxt yanlışlıqları bağışlayan olurlar. Amma onlar dərk etmirlər ki, onların həyat yoldaşları başqa bir qadına yönələndə hansısa bir kişinin həyatına müdaxilə etmiş olurlar. Orta statistikayla bir kişiyə bir qadın düşür. Əgər, bir kişi 5 qadınla münasibətdə olursa, deməli, 4 kişinin haqqına girmiş olur. Bir qadın da 3-4 kişiylə ünsiyyət qurursa, digər 3-4 qadının haqqına girmiş olur. Ümumilikdə, xəyanət edən adam bir neçə adamı xəyanətə cəlb etmiş olur. Bu da zəncirvari bir qapalılıq yaradır. Sonra bunu aradan qaldırmaq çətin olur".
İmamət İSMAYILOVA
Telegram kanalımız