Pulsuz ictimai nəqliyyat xidməti bu tarixdə başa çatır

saytların hazırlanması

Evə çatdırılma

Pulsuz ictimai nəqliyyat xidməti bu tarixdə başa çatır

Sosial

23 Noyabr 2024 09:47 618


Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün nəzərdə tutulan pulsuz ictimai nəqliyyat xidmətinin sonuncu günü açıqlanıb.

Yenisabah.az xəbər verir ki, noyabrın 25-dən etibarən konfrans iştirakçıları artıq avtobus, metro və dəmir yolundan ödənişsiz istifadə edə bilməyəcəklər.

Xatırladaq ki, dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn və COP29 tədbirinə akkreditasiya olunan hər kəs noyabrın 9-dan etibarən paytaxtın ictimai nəqliyyat vasitələrindən pulsuz yararlanmaq imkanı əldə etmişdi. Marqarita pizza

Bu güzəşt proqramı tədbir iştirakçılarının şəhərdaxili logistikasını asanlaşdırmaq məqsədi daşıyırdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!