Pakistanın şimal-şərqindəki Pəncab əyalətində pulsuz buğda unu paylanması zamanı yaranan izdihamda ən azı 11 nəfər ölüb, 60 nəfər yaralanıb.
Yenisabah.az “Daily Pakistan”a istinadla xəbər verir ki, qəzaya ştatın müxtəlif bölgələrində un paylanmasının təşkili zamanı administrasiyanın yanlış hesablamaları səbəb olub.
Agentlik yazır ki, qurbanların və yaralananların çoxu qadındır: Marqarita pizza
“Dövlət un paylama mərkəzlərində asayişi bərpa etmək üçün polis rezin dəyənəklərdən istifadə edərək insanları dağıdıb. Un daşıyan maşınlara tez-tez hücumlar edildiyi üçün hərbçilər onları qorumağa başlayıblar”.
Qeyd edək ki, Pəncab ştatı hakimiyyətinin elanına görə, ştatın 100 milyon sakini pulsuz un almalıdır. Bu məqsədlə 53 milyard rupi (187 milyon dollar) vəsait ayrılıb. Pakistanın KİV-i ölkənin un ehtiyatlarının artıq çoxdan tükəndiyini bildirirlər ki, bu da yaxın günlərdə Pakistanda ərzaq böhranının kəskinləşməsinə səbəb ola bilər.
Telegram kanalımız