Pulsuz Wi-Fi TƏLƏSİ -   ŞOK XƏBƏRDARLIQ EDİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Pulsuz Wi-Fi TƏLƏSİ - ŞOK XƏBƏRDARLIQ EDİLDİ

Rəqəmsal

20 Oktyabr 2026 19:25 215


İctimai Wi-Fi şəbəkələri adətən açıq (şifrəsiz) və ya zəif mühafizə olunan şəbəkələrdir. Bu şəbəkələrdə məlumat axını şifrələnmədiyi üçün eyni şəbəkədə olan hakerlər və ya zərərli şəxslər ötürülən trafiki rahatlıqla izləyə (packet sniffing) və ya araya girə bilərlər. Bu səbəbdən mühafizə olunmayan ictimai Wi-Fi-dan istifadə yüksək risk daşıyır.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında İT mütəxəssisi Fərid Əmirov bildirib. Onun sözlərinə görə, şifrələnməmiş şəbəkələrdə hakerlər xüsusi proqramlar vasitəsilə daxil olunan saytları, giriş məlumatlarını (login, şifrələr), e-poçt və mesajlaşma məzmunlarını, habelə brauzerdə saxlanılan sessiya fayllarını (cookies) ələ keçirə bilərlər:

“Açıq Wi-Fi üzərindən bank əməliyyatları aparmaq ciddi dərəcədə təhlükəlidir və qətiyyən tövsiyə olunmur. Bank tətbiqləri özlüyündə şifrələnmiş trafikdən (HTTPS/TLS) istifadə etsə də, ictimai şəbəkələrdə Man-in-the-Middle (MitM) kimi hücumlarla trafik saxta serverlərə yönləndirilə bilər. Əgər bank əməliyyatı aparmaq mütləqdirsə, Wi-Fi-ı söndürüb mobil internetdən (3G/4G/5G) və ya VPN-dən istifadə etmək lazımdır”. Dominos pizza

Ekspert qeyd edib ki, hakerlər tez-tez kafenin və ya məkanın adından istifadə edərək saxta giriş nöqtələri (Evil Twin) yaradırlar (məsələn: Aura_Cafe_Free əvəzinə Aura_Cafe_Guest).

İT mütəxəssisi ictimai şəbəkələrdən istifadə edərkən təhlükəsizliyi təmin etmək üçün bir sıra vacib qaydalara əməl etməyi tövsiyə edir.

“İlk növbədə, məkanın rəsmi şəbəkəsi adətən şifrəli olduğundan heç bir şifrə tələb etməyən açıq şəbəkələrdən uzaq durmaq, eyni məkanda oxşar adlı iki şəbəkə gördükdə isə dəqiq adı işçilərdən soruşmaq lazımdır. Qoşulan kimi istifadəçini şübhəli keçidlərə, sosial şəbəkə hesabı ilə girişə və ya proqram yükləməyə məcbur edən giriş səhifələrindən (Captive Portal) ehtiyatlı olmaq vacibdir. Bütün internet trafikini şifrələyən VPN istifadə etmək, cihazlarda "Sərbəst Wi-Fi şəbəkələrinə avtomatik qoşul" funksiyasını, eləcə də fayl paylaşımı və AirDrop-u (Network Discovery / File Sharing) bağlamaq tövsiyə olunur. Həmçinin brauzerdə saytlara girərkən https:// və qıfıl simvolunun olmasına diqqət yetirilməli, hesabların təhlükəsizliyi üçün ikiölçülü doğrulanma (2FA) aktiv edilməlidir. Mütəxəssis xüsusilə vurğulayır ki, bankçılıq, onlayn alış-veriş və vacib e-poçt kimi məxfi əməliyyatlar yalnız şəxsi mobil internet vasitəsilə həyata keçirilməlidir”.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!