Pünhan Alim Qasımovu ifşa etdi: “15 min istədi”

saytların hazırlanması

Evə çatdırılma

Pünhan Alim Qasımovu ifşa etdi: “15 min istədi”

Şou

05 Oktyabr 2026 10:12 158


Günlər öncə Hacıqabul rayonunda özünə toy edən müğənni Pünhan Piriyev bəzi həmkarlarından gileylənib.

“Yeni Sabah” xəbər verir ki, o, dəvət etdiyi müğənnilərdən birinin 15 min manat qonorar istədiyini bildirib.

İfaçı həmin şəxsin Xalq artisti Alim Qasımov olduğunu açıqlayıb. pizza mizza

O, Alim Qasımovun bu istəyindən narazı qaldığını, ona hər zaman hörmətlə yanaşdığını bildirib:

“Mənə belə deyəndə bildirdim ki, Allah işini avand etsin. Yaxşı ki, bu toyu etdim, bəzilərinizi tanıdım. Kimdənsə qorxmuram, çəkinmirəm. Mənə dediyini deyirəm. Özünə hörmətim var. Bilir ki, çox istəyirəm. Öz xeyir işlərində də iştirak etmişəm. Deyərdi ki, bala, gəlib təbrik edib, çörəyini yeyib gedərəm. Ona nə qədər dəyər verdiyimi bilir. 15 min qiymət oxumağına nə deyim indi?”

P.Piriyev Əməkdar artist Yusif Mustafayevin də məclisdə iştirak etmədiyini qeyd edib.

Aydan Hacı  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!