Putin dünyanın başqa tərəfə baxacağını düşünürdü - Bayden

saytların hazırlanması

Evə çatdırılma

Putin dünyanın başqa tərəfə baxacağını düşünürdü - Bayden

Dünya

14 Aprel 2023 12:51 706


"Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ukrayna məsələsində dünyanın qətiyyətini lazımi səviyyədə qiymətləndirmədi və bütün cəbhələrdə yanıldı”.

Yenisabah.az “The Guardian”a istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden İrlandiyaya səfəri zamanı deyib.

Onun sözlərinə görə, Putin Ukraynada genişmiqyaslı hücuma başlayanda dünyanın başqa tərəfə baxacağını düşünürdü. Pepperoni pizza

Bundan savayı, preizdent Bayden Ukraynaya tibbi avadanlıq da daxil olmaqla 170 milyon avro yardım etdiyinə görə irlandiya hakimiyyətinə təşəkkür edib.

Qeyd edək ki, İrlandiya Rusiya əleyhinə sanksiyalara qoşulub və Ukraynadan olan 80 min qaçqın həmin ölkəyə sığınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!