Putin-Ərdoğan telefon danışığı -   Liderlər nəyi müzakirə edəcək?

saytların hazırlanması

Evə çatdırılma

Putin-Ərdoğan telefon danışığı - Liderlər nəyi müzakirə edəcək?

Dünya

03 Yanvar 2023 22:56 997


Rusiya prezidenti Vladimir Putin sabah, yanvarın 4-də türkiyəli vəzifədaşı Rəcəb Tayyib Ərdoğanla danışmağı planlaşdırır.

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

O, Türkiyə lideri nümayəndəsinin bundan əvvəl Putin-Ərdoğan telefon söhbətinin planlaşdırıldığı barədə açıqlamasını təsdiqləyib: pizza sifarişi

“Bəli, doğrudan da belə bir söhbət olacaq”.

Müşahidəçilər telefon danışığında Suriya, Ukrayna və Qafqazla bağlı bir sıra məsələlərin müzakirə ediləcəyini proqnozlaşdırır.

Ankara və Dəməşq arasında münasibətlərin bərpası gözləntilərə əsasən ana mövzu olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!