Kremlin sözçüsü Dmitri Peskov hazırda Ukrayna ilə bağlı danışıqlar üçün Azərbaycanın platforma kimi istifadəsinin gündəmdə olmadığını bildirib.
“Yeni Sabah” TASS-a istinadla xəbər verir ki, o bu istiqamətdə hələlik konkret müzakirələr aparılmadığını bildirib:
"Belə bir format üzrə razılaşma yoxdur".
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevlə keçirdiyi görüşdən sonra Vladimir Putinlə Azərbaycanda görüşə biləcəyini bildirib.
Telegram kanalımız