Putini tənqid edən musiqiçi haqqında protokol tərtib olundu

saytların hazırlanması

Evə çatdırılma

Putini tənqid edən musiqiçi haqqında protokol tərtib olundu

Şou

19 May 2022 14:28 956


Rusiya hüquq-mühafizə orqanları DDT rok qrupunun solisti Yuri Şevçukun Ufadakı konsertindən sonra ona qarşı inzibati protokol tərtib edib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Radus" prodüser mərkəzinin baş direktoru Radmir Usayev məluat yayıb.

DDT-nin konserti ötən gün Başqırdıstanın paytaxtında keçirilib. Konsertdə Şevçuk Rusiya Silahlı Qüvvələrinin Ukraynada apardığı müharibə ilə bağlı çıxış edib və Vladimir Putin barədə bir neçə "xoş söz" deyib. pizza

"Konsertdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları musiqiçinin soyunub-geyinmə otağına girdilər, bir saata yaxın heç kimi içəri buraxmadılar. Şevçuk barədə inzibati protokol tərtib etdilər", - deyə Radmir Usayev vurğulayıb.

Onun sözlərinə görə, protokolun hansı maddə ilə tərtib edildiyi ona məlum deyil:

"İndi Şevçuk Sankt-Peterburqa uçub və bir neçə gündən sonra Moskvada konsert planlaşdırır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!