Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Putinin istirahəti: əlində çomaqla dağlarda gəzir, balıq tutur – Video
26 Sen 2021 08:49
1903

Putinin istirahəti: əlində çomaqla dağlarda gəzir, balıq tutur – Video

“Rossiya 24” telekanalı Rusiya prezidenti Vladimir Putinin müdafiə naziri Sergey Şoyqu ilə birlikdə onun vətənində-Tuvada, Sibir tayqasında sonuncu istirahətindən videokadrları yayıb. Kadrlardan görünür ki, Putin əlində çomaqla dağlarda gəzir, çayda katerlə üzür və balıq tutur. Habelə istirahət zamanı Putinlə Şoyqu tayqa meşələrində çadırda gecələyiblər.

Putinin bu tayqa istirahəti sentyabrın əvvəllərində olub. Rusiyanın Uzaq Şərqinə səfərindən sonra Putin müdafiə naziri ilə birlikdə tayqaya bir neçə günlük istirahətə çəkilib. Onun mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib: “O, həqiqətən oradadır, yerini deməyəcək, ora Sibirdir. Adi istirahətdir: tayqa, dağlar, gəzinti, təmiz hava və daha nələr”.

Putin ənənəvi olaraq hər il Şoyqu ilə birlikdə Sibirdə  istirahət edir. /Virtualaz.org

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər