“Qadın hicaba giribsə, heç vaxt çıxarıb ayaqlar altına atmaz” - İlahiyyatçı

saytların hazırlanması

Evə çatdırılma

“Qadın hicaba giribsə, heç vaxt çıxarıb ayaqlar altına atmaz” - İlahiyyatçı

Sosial

28 Sentyabr 2022 13:34 6115


İranda əxlaq polisinin hicab qaydalarını pozduğu iddiası ilə saxladığı 22 yaşlı Məhsa Əmininin həbsdən bir neçə saat sonra vəfat etməsi ölkə boyu iğtişaşlara, etiraz aksiyalarına səbəb olub.

Bir həftədir sosial mediada yayılan video görüntülərdə qadınların hicabını, örpəyini yandırdığı görünür. Bəs görəsən, hicabı yandırmaq dində günah sayılırmı?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, hicab taxmaq Allahın əmridir. Hər bir mömin qadına hicab taxmaq fərzdir:  Pepperoni pizza

“Hicab Allahın əmridir, Qurani-Kərimin bir neçə surəsində hökm olaraq verilmiş ilahi qanundur. Hicab dinimizdə bir növ qadının evi sayılır. Yəni hicaba gəlmiş qadın öz evinə gəlmiş, rahat olaraq yaşamaq qərarına gəlmiş qadındır. Dinimizdə qadın hicaba gəlməyi ilə söz verir ki, “Allahım, sənin əmrlərini mən başımda daşıyacağam”.

O dövrdə İslam dini qadına o qədər böyük hörmət, ehtiram, ali bir dəyər vermişdi ki, qadını bir xəzinə olaraq görürdü. Deyilirdi ki, qadın (xəzinə) nə qədər örtülü olursa, bir o qədər dəyərlidir. Açıldıqca o böyük dəfinədən itkilərlə üzləşir. Həm də işin digər yasaq, günah olduğu tərəfləri də var idi. Hərçənd ki, hicab hökmü 628-ci ildə gəlmişdi”.

O bildirib ki, İslamda məcburiyyət yoxdur:

“Ancaq məsələnin ikinci bir tərəfi var ki, bu qədər dəyərli bir hökmə insan məcburiyyətləmi aparılmalıdır, yoxsa, könül dini olaraq qəbul edilməlidir? Biz tarixə baxdıqda görürük ki, peyğəmbərimizin ətrafında olan səhabə xanımlar o qədər dini sevib, Allaha bağlanıb, axirətə etimad etmişdilər ki, onlar örtülərini, geyimlərini bir izzət olaraq görmüşdülər və heç bir məcburiyyət qarşısında qalmadan o geyimi geyinirdilər. 

Amma bu gün cəmiyyətdə təmsil olunan qeyri-iman sahibləri də var ki, onlar belə bir məcburiyyəti öz üzərlərinə götürməyib, çünki müsəlman deyillər, İslama gəlməyiblər. Onlar belə bir məcburiyyəti öz üzərlərinə götürmək istəmirlər. 

Son olaraq onu söyləyim ki, İslam dini məcburiyyət dini deyil. Bu din Allahın vəhy dinidir. Bu dini qəbul edən insanlar da qəlbən, ruhən qəbul edirlər və qəbul etdikləri dinin dəyərləri ilə yaşayırlar. Ona görə İslama gələn bir qadın hicaba  giribsə, heç vaxt Allahın əmrini başından çıxarıb ayaqlar altına atmaz. Hicab bizim üçün dəyərlidir, xanımların hicabı, kişilərin papağı, bunlar tariximizdən bəri bir dəyər olaraq qalıb”.

Əsmətxanım RZAZADƏ  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!