“Qadın işləməsin, ər çörəyi yesin” - Nazpəridən daha bir qalmaqallı açıqlama - Video

saytların hazırlanması

Evə çatdırılma

“Qadın işləməsin, ər çörəyi yesin” - Nazpəridən daha bir qalmaqallı açıqlama - Video

Şou

11 Fevral 2020 07:49 1427


Xalq artisti Nazpəri Dostəliyeva “Zaurla Günaydın” verilişinin qonağı olub.

Yenisabah.az xəbər verir ki, xanım sənətçi efirdə qalmaqala səbəb olacaq fikirlər səsləndirib.

“Bu gün çox istəyərdim ki, qadın işləməsin. Qadın ər çörəyi yesin. Çünki indi o qədər qəliz məsələlər var ki. Siz övladlarınızın müəlliməsi olsa, məktəbdə dərs verən müəllimədən daha çox uşağınıza xeyir vermiş olacaqsınız. Kişi o qadını işləməyə qoymur ki, özü bütün qayğıları həll edə bilir. Əgər kişi qadını, uşaqları saxlaya bilmirsə, bu düzgün deyil”. Pepperoni pizza

Bu sözlər efirdə fikir ayrılığına səbəb olub. Aparıcı Zaur və Günay Xalq artistinin bu sözləri ilə razılaşmayıb. 

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, N.Dostəliyeva tez-tez bu cür açıqlamaları ilə gündəmə gəlir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!