Türkiyədə Tuba Karahan adlı hamilə qadın ərinin onun görünüşünü sevmədiyi üçün boşanmaq istədiyini deyərək sosial şəbəkədə onu biabır edib.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursada yaşayan qadın video çəkərək “YouTube”a yerləşdirib və ərinin onadan boşanma səbəbini açıqlayıb.
Ərinin nankor insan olduğunu bildirən qadın paltarını kamera önündə kəsərək təkcə hamiləlik alt paltarını saxlayıb. O, "Hamiləlik alt paltarlarımdan birini sənin kişiliyinə saxlayıram" -, deyə bildirib. Tuba Karahan ərinin görünüşünü sevmədiyini və ondan boşanmaq istədiyini iddia edib. pizza
Videoya özünü təqdim etməklə başlayan Karahan, 7 aydır evli olduqlarını və 6 aylıq hamilə olduğunu qeyd edib.
Ərinə görə hər cür fədakarlıq etdiyini söyləyən qadın 3 həftədən çoxdur həyatının qaraldığını deyərək antidepressant istifadə etdiyini bildirib.
İntihar həddində çatdığını söyləyən qadın "Mən bu adam üçün çox fədakarlıq etmişəm, amma nankorluqdan başqa bir şey görməmişəm. Dünyaya heyvan kimi gəlsəydi, daha yaxşı olardı” – deyib.
Videonun sonunda ərinin alt paltarını da kəsən qadın öz hamiləlik alt paltarını saxlayaraq "Hamilə alt paltarımdan birini sənin kişiliyinə saxlayıram. Bundan sonra istifadə edərsən. Daha yaxşılarını saxlamaq istəyərdim, amma onlara çox pul vermişəm, saxlaya bilmərəm” – deyə bildirib.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız