“Qadın orada kişi ginekoloqla başqa işlə məşğul olacaq ki?!”

saytların hazırlanması

Evə çatdırılma

“Qadın orada kişi ginekoloqla başqa işlə məşğul olacaq ki?!”

Sosial

20 Avqust 2022 09:22 2112


Son günlərdə baş verən FHN video olayların müxtəlif suallar ortaya çıxarıb. Bunlardan biri xüsusilə bəzi qurumlarda işləyən vəzifəli şəxslərə inamsızlıqla bağlıdır. Hətta bunun ailələrdə problem yaradacağına, tərəflər arasında güvənsizliyə səbəb olacağını düşünənlər var. 

Vəkil Mehman Muradlı Yenisabah.az-a məsələ ilə əlaqədar deyib ki, peşələrə inamsızlıq əslində 70-80-ci illərdən bu günə qədər davam edir. Yəni qadınlarla bağlı peşələrin seçilməsi bu dövrdə də mübahisəli olub:

“Qadın ya müəllimə, ya da həkim olmalıdır deyə düşünülür. Hesab edək, qadın  həkimdir, onun pasiyenti kişi də, qadın da ola bilər. Hətta, bunun özünü də  seçməyə başlayıblar.   pizza mizza

Hətta qızların əksəriyyətini pediatriya sahəsinə yönəltməyə başlamışdılar. Bu da digər sahələrdə mütəxəssis çatışmazlığının əsasını qoyur. Mütəxəssis də çatışmayanda həkimlərə inamsızlıq formalaşır.  

Kişi ginekoloqumuz demək olar ki, yoxdur. Qadındır, uşaq dünyaya gətirir. Orada kişi ginekoloqla başqa işlə məşğul olacaq ki?! Biz peşə yanaşmasıyla çox vaxt hər şeyi qarışdırırıq. Bu adamın peşəsi budur. Kiminsə arvadına başqa kişinin əli dəyməsinə qeyrəti icazə vermir. 

Bizim sahədə də belə şeylər var. Vəkilə utana-utana müraciət edirlər. Utanırsansa, niyə məhkəməyə müraciət edirsən?! 

Bəzən də çoxları  evdə “damokl qılıncı” istifadə edib ailəsinə hər mənada şiddət göstərib işdə mehriban adam təəssüratı formalaşdırır. Evdə nəsənsə, çöldə də elə olmalısan”.  

İmamət İSMAYILOVA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!