Qadın sığınacaqlarında tələb olunan yerlərin 58%-i çatışmır

saytların hazırlanması

Evə çatdırılma

Qadın sığınacaqlarında tələb olunan yerlərin 58%-i çatışmır

Sosial

22 Fevral 2023 12:01 566


Qadın sığınacaqlarında tələb olunan minimum sayda yerlərin 58%-i hələ də çatışmır. 

Yenisabah.az xəbər verir ki, bu barədə məlumat "Qadınlara qarşı zorakılıq və məişət zorakılıq işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi" adlı hesabatda qeyd olunub.

Bildirilir ki, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının birgə hazırladığı sənəddə qurbanların ədalət mühakiməsinə çıxışının ilk şərti kimi onlar üçün xidmətlərin göstərilməsi ilə bağlı tövsiyələr verilib.  pizza hut

Hesabatda qeyd ounub ki, qurbanların tibbi sığorta, maliyyə yardımı, mənzil təminatı və məşğulluq kimi ümumi xidmətlər vasitəsilə dəstəklənmək hüququ və bu sahədə məlumatlar bütün qurbanlar üçün əlçatan olmalıdır. 

Eyni zamanda qadın sığınacaqlarında yerlərin sayını artırmaqla bütün qurbanlar üçün təhlükəsiz yaşayış və dəstək hüququ yaradılmalıdır. Həmçinin, cinsi zorakılıq va zorlama qurbanı olan qadınlar üçün mərkəzlərin yaradılması təklif edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!