“Qadınlar kişilərdən inciməsin, onları Allah belə yaradıb” - Daha bir qalmaqal

saytların hazırlanması

Evə çatdırılma

“Qadınlar kişilərdən inciməsin, onları Allah belə yaradıb” - Daha bir qalmaqal

Sosial

23 May 2024 14:36 1212


Azərbaycan şahmat millisinin üzvü Şəhriyar Məmmədyarovun qadınlar haqda dediyi fikirlər böyük əks-səda yaradıb. Bu müzakirə insanları iki yerə bölüb. Qadınlar və kişilər arasında isə arasıkəsilməz mübahisələr başlayıb. 

Maraqlıdır, görəsən, hər iki tərəfin bu mövzunu belə qabartmağı nə ilə bağlıdır? 

Tanınmış yazıçı Seyran Səxavət son günlər aktual olan mövzu ilə bağlı fikirlərini “Yeni Sabah”la bölüşüb. Bildirib ki, belə bir məsələnin müzakirəyə çıxarılması olduqca yersizdir:  Dominos pizza

“Əslində, bu o qədər mənasız bir mübahisədir ki... Bir adam bir söz deyib, sonra da çəkilib kənarda durub. Elə adamlar bu məsələyə qarışır ki, bu da son dərəcə mənasızdır. İnanmıram ki, dünyanın hər hansı bir ölkəsində belə bir müzakirə mövzusu olsun. Dünya nə ilə məşğuldur, amma biz nəyin mübahisəsini edirik? Sadəcə utancvericidir. Şəhriyar da öz fikrini açıqlayıb. Düz də deyib. Çünki qadın qadındır, kişi də öz yerində kişidir”. 

Yazıçı qeyd edib ki, deyilən fikirlərlə razılaşmayan qadınların bu üsyanı kişilərə qarşı deyil: 

“Qadınlara zəif deyilibsə, bunu qəbul etməli və inciməməlidirlər. Çünki burada onlar əgər inciyirsə, bu reaksiya kişilərə yox, uca yaradana qarşıdır. Allah qadınları belə yaradıb. Ona görə də, belə müzakirələrin ortaya çıxmasını mənasız sayıram. Bu haqda danışmaq odu söndürüb, külü ilə oynamaq deməkdir. Bu onların yaradılışı, anatomiyasıdır. Bu Allahın əl işidir. Yer üzündə neçə qadın və kişi hökmdar olub? Bütün bunlar çox mənasız mübahisədir, vəssalam”. 

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!