“Qadınların pensiyaya çıxma yaşının 63-dən aşağı endirilməsi ətrafında müzakirələr gedir”.
Bu sözləri Yenisabah.az-açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
O, Ombudsman Aparatı tərəfindən hökumətə təklifinə dair fikirlərini bölüşüb. pizza
J. Əliyevanın sözlərinə görə, qadınların daha tez pensiyaya çıxması parlamentdə ayrı-ayrı deputatlar arasında müzakirə olunur:
"Eyni zamanda, vətəndaşlardan Milli Məclisə bununla bağlı müraciətlər daxil olur. Lakin hələlik bununla əlaqədar məsələlər müzakirələr mərhələsindədir. Konkret bir şey deyə bilmərik.
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də dövlət qurumlarıyla qarşılıqlı müzakirələr aparır. Mümkün olan bütün variantlar da nəzərdən keçirilməlidir. Çünki yaş həddi aşağı salınarkən müəyyən vəsaitlər rol oynayır, say artır. Bütün bunlar isə bir qurumun verəcəyi qərar deyil, əksinə, ortaq bir qərardır. Hökumətin buna hazır olması lazımdır. Ona görə də hələlik məsəslə müzakirə mərhələsindədir”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız